Vaşinqtonda Elmar Məmmədyarovla Zohrab Mnasakanyan arasında görüş başlayıb

20.06.2019 20:53
138
Vaşinqtonda Elmar Məmmədyarovla Zohrab Mnasakanyan arasında görüş başlayıb

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş başlayıb.


XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir (APA).


Qeyd edək ki, ötən gün hər iki nazir həmsədrlərlə ayrılıqda görüş keçirib. 


Ekspress.az