Türkiyə iyuldan S-400-ləri təhvil alacaq

24.04.2019 20:58
250
Türkiyə iyuldan S-400-ləri təhvil alacaq

Rusiya iyuldan Türkiyəyə S-400-ləri təhvil verməyə başlayacaq.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Aprel ayında Türkiyədə olmuş Rusiya Prezidenti Vladimir Putin, "Gündəmimizdə hərbi-texniki əməkdaşlıq ilə yanaşı S-400 sistemlərinin Türkiyəyə satılmasının tamamlanması da var. Müasir Rusiya silahlarının da Türkiyəyə ixracı məsələsi də gündəmimizdədir", - açıqlamasını etmişdi.

 

Türkiyənin S-400 hava müdafiə sistemini alacağını açıqlamasından sonra, ABŞ tez-tez, F-35 təyyarələrinin Türkiyəyə təhvilinin mümkün olmayacağına dair bəyanatlar vermişdi (Marja).

 

S-400-lərə görə ABŞ və Türkiyə arasında yaşanan gərginlik Türk Lirəsinin dəyərinə mənfi təsir edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND