Xörək duzu insan orqanizmi üçün zərərlidir - alman alimləri bu qənaətə gəlib

12.04.2019 22:35
325
Xörək duzu insan orqanizmi üçün zərərlidir - alman alimləri bu qənaətə gəlib

İnsan orqanizmində xörək duzunun yığılması allergik immun reaksiyaların inkişafına səbəb olur.


Xarici media xəbərlərinə görə, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

 

Müşahidələr nəticəsində məlum olub ki, xörək duzunun tərkibində olan natrium xlorid orqanizmdəki T-hüceyrələrə təsir edir (modern.az). Nəticədə bu hüceyrələr həddindən çox zülal istehsal edir.

 

Qeyd olunur ki, IL-4 və IL-13 zülalları immunitet üçün vacib olsa da, bunların çoxluğu allergik reaksiyalara da səbəb ola bilər.

 

Alimlərin fikrincə, T-hüceyrələrə natrium xloridin təsiri aradan qalxdıqda allergik reaksiyalar da azalır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND