Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayi keçirilir


14.04.2019 21:06
160
Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayi keçirilir

Bu gün Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı öz işinə başlayıb.


Ekspress.az xəbər verir ki, tədbir öncəsi qurultay nümayəndələri və qurultayda iştirak etmək üçün Kiyevə dəvət olunan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukraynanın xalq rəssamı Katib Məmmədovun sərgisinin açılış mərasimində iştirak ediblər.


Daha sonra Ukrayna Azərbaycanlıları Radasının əsas qərargahı kimi təklif olunan ofisə baxış keçirilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmək Cavadov qonaqları qərargahda yaradılmış şəraitlə yaxından tanış edib və bildirib ki, RAU-nun mərkəzi ofisinin burada yerləşməsi məqsədəuyğun olardı.


Görüşdə çıxış edən Komitə sədri Fuad Muradov RAU-nun yaradılmasına və bugünkü tədbirə görə Ukraynadakı diaspor rəhbərlərinə öz təşəkkürünü bildirib. O, deyib ki, bu ölkədəki Azərbaycan diasporu istər təşkilatlanma, istərsə də müxtəlif sahələrdə qazandığı uğurlar baxımından ən güclü diasporlardan biridir: “Ukraynadakı soydaşlarımız eyni zamanda çox vətənpərvər insanlardı. Biz sizinlə fəxr edirik”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunub (report). Hazırlanmış 100 medaldan 100 nömrəlisi Fuad Muradova təqdim olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND