Azərbaycanda istehlaka adambaşına 405 manat xərclənib

23.01.2019 21:02
293
Azərbaycanda istehlaka adambaşına 405 manat xərclənib

 

2018-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 47,8 milyard manat olub. Ekspress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlak xərcləri 2017-ci ilə nisbətən ötən il müqayisəli qiymətlərlə 3,1 faiz artıb.

  

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri əvvəlki ilin səviyyəsini real ifadədə 3,1 faiz üstələyərək 45,9 milyard 

manata bərabər olub, onun 50,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.  


Hesabat ilində istehlak bazarında bir istehlakçı orta hesabla ayda 405,3 manatlıq və ya 2017-ci illə müqayisədə 17,4 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.  

 

Açar sözlər: