"Barselona" bu hücumçunu icarəyə götürür

21.01.2019 21:52
183
"Barselona" bu hücumçunu icarəyə götürür

İspaniyanın "Barselona" klubu İtaliya "Sassuolo"sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürəcək.


Ekspress.az "report.az"a istinadla xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Martsio şəxsi saytında yazıb.


O bildirib ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu 2 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürməklə bağlı klubu ilə razılığa gəlib.

Müqavilədə "Barselona"nın qanalı forvardı 8 milyon avroya birdəfəlik transfer etməyə imkan verəcək bənd də yer alacaq.


Qeyd edək ki, Boatenq karyerası ərzində İtaliyanın "Milan", Almaniyanın "Herta", "Ayntraxt", Dortmund "Borussiya"sı, İngiltərənin "Tottenhem" və İspaniyanın "Las Palmas" komandalarında çıxış edib. O, cari mövsümdə A seriyasında 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND