"Ölkədə 4-5 maşınqayırma və cihazqayırma müəssisəsi yaradılsın" - Əli Məsimli

15.03.2019 21:40
203
"Ölkədə 4-5 maşınqayırma və cihazqayırma müəssisəsi yaradılsın" - Əli Məsimli


Ekspress.az İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatın Milli Məclisdə müzakirəsi zamanı etdiyi çıxışın əsas məqamlarını təqdim edir:

     

"Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında ötən il görülən işlər geniş şəkildə oz əksini tapıb. Makroiqtisadi göstəricilərin yaxşılaşmasını, Azərbaycan iqtisadiyyatı resessiya və durğunluq mərhələsindən artım mərhələsinə keçməsini, tədiyyə balansında müsbət saldonun artmasını,manatın dollara nisbətində 1,70 manat ətrafında sabit qalmasını, inflyasiyanın 13 faizdən 2,3 faizə enməsini,şəhid ailələrinə 11 min manatlıq kompensasiyanın verilməyə başlamasını, Cənub Qaz Dəhlizinin açılışını, TANAP layihəsinin işə düşməsini, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz fəaliyyətinə başlamasını xüsusi qeyd etmək olar. 

     

Nazirlər Kabinetinin hesabatı kifayət qədər məzmunlu hazırlansa da, bəzi məqamları təkmilləşdirməyə ehtiyac var: 

     

Birincisi, Hesabatda bütün dövlət qurumları eyni rəngdə görünür. 


İkincisi, Hesabatda kəmiyyət yanaşmasından keyfiyyət yanaşmasına və nəticəlilik meyarına keçid, atılan addımın maliyyə tutumu və səmərəlilik dərəcəsi öz əksini tapmalıdır.     


Üçüncüsü, Hesabatda rəsmi proqnozlar və ondan kənarlaşmaların izahı verilməlidir. 


Dördüncüsü, yeni mərhələnin tələbinə uyğun olaraq Hesabat hazırmlanrkən sahə prinsipindən islahatların qabardılması prinsipinə keçid maraqlı olar. Məsələn, “Strateji Yol Xəritəsi”nin monitorinqlərində dövlət qurumlarının “yaxşı”, “ortabab”, “pis” işləyənləri göstərilir. Nazirlər Kabinetinin illik hesabatda da həmin monitorinqlərin nəticələrindən istifadə etməklə dövlət qurumlarının fərqləndirilməsi yaxşı olardı ki, bütün qurumlar eyni rəngdə görünməsin, yaxşı işləyənlə pis işləyənə fərq qoyulsun.

      

İslahatlar konteksində görülməsi zəruri olan işlər hələ çoxdur. Görülməsi vacib olan işlərin miqyaslarını təsəvvür etməkdən ötrü, təkcə onu xatırlatmaq kifayətdir ki, 2016-cı ilin dekabrında təsdiqlənmiş Strateji Yol Xəritələri üzrə 2020-ci ilə qədər 164 prioritet və 683 tədbir icra edilməlidir. Real vəziyyət tələb edir ki, bundan ötrü bir-biri ilə daxili məntiqi əladə olan və açar rolunu oynayan 3 problemin optimal həllinin önə çaxmasının vacib hesab edirik:    

   

Birincisi, iqtisadi artımın sürətləndirilməsinə və keyfiyyətinin yüksəldilməsinə mane olan amillər; ikincisi,əhalinin güzıranın yaxşlaşmasına mane olan və daha çox narazılıq yaradan amillər; üçüncüsü,sərmayə qoyuluşlarının səmərəliliyinin artırılmasına mane olan amillər aradan qaldırılmalıdır.

    

Son illər ölkə iqtisadiyyatına hər il orta hesabla 16-17 milyard manat sərmayə qoyulur. Qoyulan sərmayələrin 70 faizindən çoxu təmir-tikintiyə, cəmi 12 faizi isə maşın-avadanlığa sərf olunur.Sərmayələrin cəmi 4,5 faizi kənd təsərrüfatına, 2 faizi təhsilə, 0,1 faiz elmi fəaliyyıtə yönəldilir.    

     

2018-ci ildə iqtisadiyyatımıza qoyulan 17 milyard manatdan çox üçdə ikisi, yəni 11 milyard manatdan çoxu qeyri neft sektoruna yönəldilib. Hökumt heç nə etməsəydi belə, həmin 11 milyardlıq sərmayənin multiplikativ effekti qeyri neft sektorundaazı 4 faizlik (2 milyard manatlıq) artımı təmin edə bilərdi. Təhlil göstərir ki, harda işlər yaxşı təşkil edilib və qoyulan səmayələr öz təyinatına görə səmərəli istifadə edilirsə, orda artım tempi də yüksəkdir. Bunu əsaslandırmaq üşün heç uzağa getmək lazım deyil. Ötən il Azərbaycanda qeyri neft sənayesinə qoyulan sərmayə 23 faiz artıb, 9 faizdən yüksək artıma səbəb olub. Qeyri neft sektoruna sərmayə 22 faiz artıb, amma cəmi 1,8 faiz,yəni 800 milyon manatlıq artım olub. 2018-ci ildə qeyri-neft sənayesində artım qeyri-neft sahəsi üzrə artım tempini 5 dəfə üstələyir. Sərnayə qoyuluşlarının strukturu innovasiyalı inkişafa,insan kapitalının keyfiyyətinin yaxşılaşdırılmaısna,qeyri-neft sahələrinin və eksport imkanlarının genişlındirilmsinə və əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldilməlidir ki, bunun multiplikativ effekti hesabına Azərbaycan iqtisadi artım tempininə görə orta dünya,inkişaf etməkdə olan ölkələr və MDB ölkələrinin müvafiq göstəricisindən yüksəyə qalxın.


Dördüncü Regional İnkişaf Proqramı yerlərdə istehsal sahələrinin genişləndirilməsini nəzərdə tutur. Regionlarda tikintinin genişləndirilməsi, yeni yüngül və yeyinti sənayesi sahələrinin yaradılması ilə yanaşı, yaxın zamanlarda Azərbaycanda həm yerli tələbata və həm də ixraca hesablanmış müasir tələblərə tam cavab verən 4-5 maşınqayırma və cihazqayırma müəssisəsinin də yaradılmasını məqsədəuyğun hesab edirik. Bunun mültiplikativ effekti qeyri-neft sektoruna xarici sərmayənin gəlişinin sürətləndirilməsinə, 30-dən artıq iri, yüzlərlə orta və minlərlə kiçik müəssisənin yaradılmasına aparacaq ki, bu da ölkəyə qabaqcıl texnologiyanın axının gücləndirəcək, modern istehsal mədəniyyənin tətbiq dairəsini əhəmiyyətli dərəcədə genişləndirəcək, iqtisadi artıma güclü təkan verəcək və yüz minlərlə yüksək maaşlı iş yerlərinin açılmasına,qiymətli ixtisaslı kadrların yaranmasına,orta təbəqənin sayının genişlənməsinə gətirib çıxaracaq.

      

Bu konteksdə Şəkinin mövcud potensilaından səmərəli istidadə edilməsini təklif edirik. Şəkinin qalxınması bir ucu İsmayıllı, o biri ucu Balakanə qədər uzanan və 600 mindən artıq əhalisi olan bir sahədə iqtisadi fəallığın artmasına gətirib çıxaracaq. Bu, həm də rayonlarda yüksək məvacibli iş yerlərinin dairəsinin genişləndirilməsinə səbəb olacaq. Ona görə də Şəkidə Sənaye Şəhərciyi və ya Sənaye Məhəlləsinin yaradılması, Şəki İpək Kombinatının bütün il boyu fəaiyyət göstərməsi üçün barama istehsalını artrmaqla yanaşı, həm də pambıq və yun hesabına da xammal bazasının genişləndirilməsi, ADPU-nin Şəki filialının bazasında müstəqil Şəki Dövlət Universitetinin yaradılması (təkcə Şəki üçün yox, bütün region üçün çox fayda gətirəcək), Şəkinin yeni yaşayış sahələrinin qazlaşdırılması probleminin həll edilməsi, bir sıra Şəki kəndlərində məktəblərin təmiri və tikintisinə diqqət yetirilməsini zəruri hesab edirik.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND