Azərbaycanda gənc qızın faciəli sonu


22.07.2019 15:56
175
Azərbaycanda gənc qızın faciəli sonu

Beyləqanda 25 yaşlı qız intihar edib.


Ekspress.az xəbər verir ki, rayonun II Şahsevən kənd sakini, 1994-cü il təvəllüdlü Nuranə Həsənova yaşadığı evdə özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar meyiti daxili və xarici müayinə olunması üçün Beyləqan MTE PA birliyinin zona mərkəzinə göndərib.


N.Həsənovanın intihar səbəbləri həlilik məlum deyib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb (apa).


Ekspress.az

Açar sözlər: