Neft bahalaşdı


24.06.2019 10:33
134
Neft bahalaşdı

İyunun 24-də Bakı vaxtı ilə saat 09:15-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,4% artaraq 1 barelə görə 64,71 dollar təşkil edib.


Ekspress.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,71% artaraq 57,84 dollar təşkil edib.


Ekspress.az

Açar sözlər: