“Tottenhem”in futbolçusu “Real Madrid”ə keçir

21.05.2019 13:43
71
“Tottenhem”in futbolçusu “Real Madrid”ə keçir

İngiltərə “Tottenhem”inin futbolçusu Kristian Eriksen Çempionlar Liqasının finalından sonra İspaniyanın “Real Madrid” klubunun oyunçusu qismində təqdim olunacaq.

“El Chiringuito” portalı xəbər verir ki, 27 yaşlı danimarkalı yarımmüdafiəçi və klubu ilə bütün şərtlər razılaşdırılıb. Transferin məbləği və şəxsi müqavilənin detalları barədə məlumat verilmir.


2013-ci ilin yayında Hollandiya “Ayaks”ından 13,5 milyon avroya alınan Eriksenin “Tottenhem”lə 2020-ci ilin iyuluna qədər müqaviləsi var (report).


“Tottenhem” iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda baş tutacaq finalda digər İngiltərə təsmilçisi “Liverpul” ilə qarşılaşacaq.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND