"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır

01.11.2018 15:23
125
"Audi" 6,7 minə yaxın avtomobili geri çağırır

"Volkswagen Group Rus" şirkəti Rusiyada 6,7 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb.


Trend-in məlumatına görə, qərar soyuducu maye nasosunda qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, bu qüsur bəzi hallarda qurğuların əriməsinə səbəb ola bilər.


Qeyd edək ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q6 modellərinə şamil olunur.


Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND