Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər

23.03.2019 15:33
202
Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər

Qərbi Kaspi Universitetinin tələbələri təhsillərini Çexiyanın Mendel Universitetində davam etdirirlər. Erasmus proqramı çərçivəsində həyata keçirilən tələbə mübadiləsi layihəsi üzrə universitetin İqtisadiyyat və Biznes Məktəbinin 5 tələbəsi hazırda Çexiyadadır. Onlar bir semester ərzində burada dərslərdə və praktik məşğələlərdə iştirak edəcəklər.


Builki proqrama seçilmiş tələbələr “Maliyyə”, “Turizm və otelçilik”, “Regionşünaslıq” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarında təhsil alırlar.


Qeyd edək ki, iki universitet arasında əməkdaşlıq müəllim-professor heyətinin, eləcə də tələbələrin mübadiləsini və birgə Yay Məktəblərini təşkilini əhatə edir. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND