Dünya çempionumuz yeni qurum yaratdı

17.06.2019 17:52
327
Dünya çempionumuz yeni qurum yaratdı

Azərbaycanda yeni ictimai birlik yaradılıb.


Ekspress.az xəbər verir ki, İdmançılar İctimai Birliyinin rəhbəri məşhur karateçimiz, dünya və Avropa çempionumuz Rafael Ağayevdir.


Bu qurumun vitse-prezidenti də məşhur simadır. Belə ki, sərbəst güləş üzrə dünya və Avropa çempionumuz Hacı Əliyev R.Ağayevin müavini olacaq. Bu qurumun baş katibi isə Rövşən Acalovdur (oxu.az).


Qeyd edək ki, sabah Milli Olimpiya Komitəsində bu birliyin təqdimatı keçiriləcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND