İkinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərən PİLOT


26.04.2019 18:50
213
İkinci sərbəst yürüşdə ən yaxşı nəticə göstərən PİLOT

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb. 


Ekspress.az xəbər verir ki, ən yaxşı göstəriciyə “Ferrari”nin pilotu Şarl Lekler imza atıb - 1:42.872. Onun komanda yoldaşı Sebastyan Fettel ikinci olub (+ 0,324). “Mercedes”in sürücüsü Lüis Hemilton isə üçüncüdür (+0,669). 


Qeyd edək ki, aprelin 27-də üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq (report). Yarış isə bazar günü olacaq.


Ekspress.az

Açar sözlər: