Bu gün Azərbaycan və Xorvatiya yığmaları qarşılaşacaq


09.09.2019 09:46
169
Bu gün Azərbaycan və Xorvatiya yığmaları qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.


Ekspress.az -ın məlumatına görə, rəqib 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiya yığması olacaq.


"Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. Matçı isveçrəli Sandro Şörerin başçılığı altında isveçrəli hakimlər briqadası idarə edəcək.


E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir.


İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib. Bu matçın ardından isə Niko Kovaç Xorvatiya yığmasının sükanı arxasından ayrılıb. Nəhayət, cari seçmə tsikldə martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib - 2:1.


9 sentyabr


AVRO-2020

Seçmə mərhələ, VI tur

E qrupu


20:00. Azərbaycan - Xorvatiya

Baş hakim: Sandro Şörer

Yan xətt hakimləri: Stefane De Almeyda, Alen Hayniger

Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə) (report)


Ekspress.az