Almaniyada deputata hücum etdilər

08.01.2019 12:40
91
Almaniyada deputata hücum etdilər

Almaniyanın Bremen şəhərində “Almaniya üçün alternativ” Partiyasının yerli bölməsinin sədri, millət vəkili Frank Maqnitz üç nəfər maskalı şəxsin hücumuna məruz qalıb.


“Deutsche Welle” xəbər verir ki, polisdən verilən məlumata görə, millət vəkili ilk zərbələrdən huşunu itirib yerə yıxılandan sonra da maskalılar onu başından təpikləyiblər ("report.az").


Nəticədə F.Maqnitz ciddi xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND