Azər­bay­can di­as­po­ru Qa­za­xıs­tan­da

01.11.2018 19:16
472
Azər­bay­can di­as­po­ru Qa­za­xıs­tan­da

Azər­bay­can di­as­por nü­ma­yən­də­lə­ri xa­ri­ci öl­kə­lər­də yer­ləş­dik­cə, təş­ki­lat­la­rın iş fəa­liy­yə­ti­nin dai­rə­si ge­niş­lən­dik­cə gö­rü­lən iş­lə­rin key­fiy­yə­ti da­ha da art­maq­da­dır. Bü­tün bun­lar Azər­bay­can di­as­po­ru­nun baş­qa di­as­por­la­rın yüz il­lər ər­zin­də gör­dü­yü iş­lər­dən nə­ti­cə çı­xa­ra­raq özü­nü tam ola­raq təb­liğ edə bil­mə­sin­dən irə­li gə­lir.


Son il­lər­də Pre­zi­dent İl­ham Əli­ye­vin bö­yük si­ya­si xa­dim Hey­dər Əli­ye­vin baş­la­dı­ğı bö­yük si­ya­sə­ti da­vam et­dir­mə­si bu sa­hə­yə cid­di diq­qət ye­tir­mə­si Azər­bay­can di­as­po­ru­nun uzun il­lər ər­zin­də ke­çə bi­lə­cə­yi yo­lu qı­sa müd­dət­də keç­mə­si­nə sə­bəb ol­du. Eks­pert­lə­rə gö­rə, di­as­por təş­ki­lat­la­rı müx­tə­lif öl­kə­lər­də müx­tə­lif sə­viy­yə­lər­də ar­tıq for­ma­laş­mış şə­kil­də fəa­liy­yət gös­tə­rir­lər. Hət­ta bir çox öl­kə­lər­də di­as­por təş­ki­lat­la­rı­nın cid­di şə­kil­də fəa­liy­yə­ti­nə im­kan ve­ril­mə­sə də, mü­əy­yən öl­kə­lər də var ki, bu­na da­ha çox şə­ra­it ya­ra­dır­lar. Əl­bət­tə ki, bu da hə­min öl­kə­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri ora­da ya­şa­yan mil­li az­lıq­la­rın in­ki­şa­fı, öz mil­li adət-ənə­nə­lə­ri­ni sax­la­ma­sı prin­sip­lə­ri­nə söy­kə­nir.


Di­as­por təş­ki­lat­la­rı sı­ra­sın­da öz fəa­al­lı­ğı ilə se­çi­lən Qa­za­xıs­tan­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­dır.


Qa­za­xıs­tan­da yüz min, qey­ri-rəs­mi mə­lu­mat­la­ra gö­rə, üç yüz min azər­bay­can­lı ya­şa­yır və on­lar elm, in­cə­sə­nət, kənd tə­sər­rü­fa­tı, ki­çik, or­ta biz­nes və di­gər sa­hə­lər­də ça­lı­şır, ey­ni za­man­da Qa­za­xıs­ta­nın ic­ti­mai-si­ya­si hə­ya­tın­da ya­xın­dan iş­ti­rak edir, döv­lət or­qan­la­rın­da təm­sil olu­nur­lar. Həm­və­tən­lə­ri­miz Qa­za­xıs­tan Res­pub­li­ka­sı­nın qa­nun­la­rı­na uy­ğun ola­raq öz­lə­ri­nin bir ne­çə mil­li-mə­də­niy­yət təş­ki­lat­la­rı­nı ya­ra­dıb­lar.


1990-ci il­lər­dən eti­ba­rən Al­ma­tı­da "Tu­ran", Ak­tö­be vi­la­yə­tin­də "Dost­luq", Cam­bul vi­la­yə­tin­də "Azə­ri", Qər­bi-Qa­za­xıs­tan vi­la­yə­tin­də "Bir­lik", Qa­ra­ğan­dı vi­la­yə­tin­də "Na­mus", Kos­ta­nay vi­la­yə­tin­də "Hey­dər", Pav­lo­dar vi­la­yə­tin­də "Və­tən" və s. Azər­bay­can mə­də­niy­yət mər­kəz­lə­ri fəa­liy­yət gös­tə­rir.


Xa­tır­la­daq ki, bü­tün bu cə­miy­yət­lər "Qa­za­xıs­tan Xal­qı As­sam­le­ya­sı"nın üzv­lə­ri­dir ("pres­lib.az")

Qa­za­xıs­tan­da fəa­liy­yət gös­tə­rən "Xə­zər" mil­li-mə­də­niy­yət Mər­kə­zi As­ta­na­da di­as­po­run çox­say­lı nü­ma­yən­də­lə­ri­ni ət­ra­fın­da bir­ləş­dir­mə­yi ba­ca­rıb.


- 2003-cü il­də As­ta­na­da "Dün­ya azər­bay­can­lı­la­rı­nın Mə­də­niy­yət Mər­kə­zi" ic­ti­mai təş­ki­la­tı­nın nü­ma­yən­də­li­yi açı­lıb ki, bu da Qa­za­xıs­tan­da­kı bü­tün Azər­bay­can mil­li-mə­də­niy­yət mər­kəz­lə­ri­ni özün­də bir­ləş­di­rir.

- 2004-cü il­də Azər­bay­can "Xə­zər" mil­li-mə­də­niy­yət Mər­kə­zi­nin tə­sis et­di­yi bey­nəl­xalq ic­ti­mai-si­ya­si, rus və qa­zax dil­lə­rin­də nəş­ri nə­zər­də tu­tul­muş ay­lıq "Tu­ran-eks­press" qə­ze­ti­nin təq­di­mat mə­ra­si­mi ke­çi­ri­lib.

- 2006-cı il­də ta­ri­xin­də Qa­za­xıs­ta­nın Cam­bul vi­la­yə­ti­nin Şu ra­yo­nun­da 5 min­dən ar­tıq soy­da­şı­mı­zın ya­şa­dı­ğı Ye­ni yol-"No­vıy put" kən­din­də "Nə­si­mi" Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi ya­ra­dı­lıb. Və ya­ra­dı­lan bü­tün mər­kəz­lər, cə­miy­yət­lər, təş­ki­lat­lar sa­də­cə bir amal uğ­run­da mü­ba­ri­zə apa­rır-Azər­bay­ca­nı ta­nıt­maq və Azər­bay­can hə­qi­qət­lə­ri­ni dün­ya­ya çat­dır­maq (wi­ki­pe­dia.org).


Qa­za­xıs­tan­da Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­dı­rıl­ma­sı XX əs­rin 60-cı il­lə­rin­dən son­ra­kı döv­rə tə­sa­düf edir. 1920-ci il­lər­də si­ya­si rep­res­si­ya­lar nə­ti­cə­sin­də azər­bay­can­lı­la­rın çox his­sə­si (təq­ri­bən 120 min nə­fə­ri) Or­ta Asi­ya, Si­bir ki­mi yer­lə­rə sür­gün edi­lib­lər. 1956-1960-cı il­lər­də isə on beş mi­nə ya­xın azər­bay­can­lı Qa­za­xıs­ta­nın xam tor­pa­ğı­nın mün­bit­ləş­di­ril­mə­si­nə kö­mək üçün bu­ra­ya kö­çüb­lər. Və Azər­bay­can di­as­por nü­ma­yən­də­lə­ri əsa­sən mə­də­ni və ic­ti­mai fəa­liy­yət­lə məş­ğul olur.


Bun­dan baş­qa, hü­quq, iq­ti­sa­diy­yat, ic­ti­mai iş­lər, tex­ni­ki, el­mi və di­gər sa­hə­lər­də ça­lı­şan soy­daş­la­rı­mı­zın mü­əy­yən hi­sə­si isə mü­hüm və­zi­fə­lər tu­tub­lar.


Önəm­li mə­qam­lar­dan bi­ri də odur ki, Azər­bay­can təş­ki­lat­la­rı pre­zi­dent Nur­sul­tan Na­zar­ba­ye­vin rəh­bər­lik et­di­yi Qa­za­xıs­tan Xalq­la­rı As­samb­le­ya­sı­na da­xil­di­lər.


Qa­za­xıs­tan azər­bay­can­lı­la­rı­nın iq­ti­sa­di və si­ya­si cə­hət­dən ən bö­yük təş­ki­la­tı 1997-ci il­dən fəa­liy­yə­tə baş­la­mış "Tu­ran" Mə­də­niy­yət Mər­kə­zi­dir. 1993-cu ilin ma­yın­da Qa­za­xıs­tan Əd­liy­yə Na­zir­li­yin­də qey­diy­yat­dan ke­çən "Tu­ran" ic­ti­mai-mə­də­ni fəa­liy­yət­lə məş­ğul olur. "Tu­ran" Mə­də­niy­yət Mər­kə­zi­nin ana­lo­qu olan Qa­za­xıs­tan, Qır­ğı­zıs­tan və Öz­bə­kis­tan­da­kı Azər­bay­can ic­ti­mai-mə­də­ni cə­miy­yət­lə­ri­nin konq­re­si "Tu­ran"ın mis­si­ya­sı da­ha ge­niş və fəa­liy­yə­ti isə bö­yük­dür. "Tu­ran" konq­re­si­nin or­qa­nı olan "Və­tən" qə­ze­ti Azər­bay­can, qa­zax və rus dil­lə­rin­də çap olu­nur. Bu öl­kə­də, ey­ni za­man­da, "Tu­ran Eks­press" ad­lı qə­zet­də dərc edi­lir.


Qa­za­xıs­tan­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rın­dan bi­ri də Qa­za­xıs­tan Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı­dır. Qa­za­xıs­tan Azər­bay­can­lı­la­rı As­so­sia­si­ya­sı 1992-ci il­də Al­ma­tı­da qu­rul­tay əs­na­sın­da tə­sis olu­nub Qa­za­xıs­tan­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can mə­də­niy­yət mər­kəz­lə­ri­nin və ic­ti­mai bir­lik­lə­rin bir­ləş­di­ril­mə­si, bü­tün təd­bir­lə­rin bir mər­kəz­dən əla­qə­lən­di­ril­mə­si məq­sə­di­lə qu­ru­lub (olay­lar.az).


Pro­fes­sor Əda­lət Al­lah­ver­di­yev uzun müd­dət Qa­za­xıs­tan­da müx­tə­lif rəs­mi və­zi­fə­lər­də ça­lı­şıb. 2010-cu il­dən isə As­ta­na­da Al­qı-sat­qı üz­rə bir­ja ida­rə­si­nin (UTB "As­ta­na") rəh­bə­ri­dir. 1974-cü il­dən Qa­za­xıs­tan­da ya­şa­yan Ə.Al­lah­ver­di­ye­vin Azər­bay­can­la əla­qə­lə­ri çox sıx­dır: "Özü­müz yad öl­kə­də ol­saq da, ürə­yi­miz Azər­bay­can­la­dır. Hər za­man öv­lad­la­rı­ma Azər­bay­can haq­qın­da da­nı­şı­ram, Azər­bay­ca­nın döv­lət­çi­lik ta­ri­xi haq­qın­da mə­lu­mat ve­ri­rəm. 1988-ci il­də bi­zim qo­hum­lar er­mə­ni­lə­rin təz­yi­qin­dən son­ra Azər­bay­ca­na kö­çüb­lər. Qo­hum­lar­la tez-tez əla­qə sax­la­yı­rıq. Azər­bay­ca­na ge­di­rik. Azər­bay­ca­nın Qa­za­xıs­tan­da­kı sə­fir­li­yi ilə əla­qə­lə­ri­ni­miz çox yax­şı­dır. Təd­bir­lər­də iş­ti­rak edi­rik, sə­fir­lə gö­rü­şü­rük. Soy­daş­la­rı­mı­zın sə­fir­lik­lə əla­qə sax­la­ma­ğı, həm də Azər­bay­can­la əla­qə sax­la­maq de­mək­dir. Di­as­por­la əla­qə­miz var. Ust-Ka­me­no­qorsk şə­hə­rin­də olan­da di­as­por sa­hə­sin­də da­ha sıx iş­lə­yir­dim. 1996-2014-cü il­lər­də Qa­za­xıs­ta­nın Xalq­lar As­samb­le­ya­sı­nın üz­vü idim. Elə hə­min il­lər­də "Azə­ri" Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi­nin səd­ri ol­mu­şam. Tə­qaü­də çıx­sam da, əli­mi­dən gə­lən kö­mək­li­yi həm azər­bay­can­lı­la­ra, həm də qa­zax­la­ra edi­ri­rəm. Qa­za­xıs­tan­da ya­şa­yan həm­və­tən­lə­ri­mi­zin bir-bir­lə­ri ilə əla­qə­lə­ri çox yax­şı­dır. Ay­rı­ca soy­daş­la­rı­mı­zın Azər­bay­can­la da əla­qə­lə­ri çox sıx­dır".


Al­lah­ver­di­yev onu da qeyd edib ki, Qa­za­xıs­tan Pre­zi­den­ti Nur­sul­tan Na­zar­ba­yev hər za­man Azər­bay­can rəh­bər­lə­ri haq­qın­da xoş söz­lər de­yib: "Ümu­miy­yət­lə Qa­za­xıs­tan­da ulu ön­dər Hey­dər Əli­ye­və, Pre­zi­dent İl­ham Əli­ye­və və onun ai­lə­si­nə çox gö­zəl mü­na­si­bət var. Bur­da­kı di­gər döv­lət iş­çi­lə­ri­nin də azər­bay­can­lı­la­ra qar­şı yax­şı mü­na­si­bət­lə­ri var. Ça­lı­şan in­san­la­ra hər za­man qiy­mət ve­rir­lər. Ba­xın, mən Azər­bay­can­dan gəl­miş bir in­sa­nam: öz bi­li­yim, ba­ca­rı­ğım­la bö­yük nai­liy­yət­lər əl­də et­mi­şəm. Yə­ni, özü­nü yax­şı apa­ran ada­ma yax­şı, pis apa­ran ada­ma pis mü­na­si­bət gös­tə­rir­lər. Mən ha­ra­da ça­lış­mı­şam­sa, eşit­mə­mi­şəm ki, azər­bay­can­lı­la­ra qar­şı han­sı­sa zidd hə­rə­kət ol­sun".


Ye­ri gəl­miş­kən, Azər­bay­can Qaf­qaz re­gio­nun­da Qa­za­xıs­ta­nın əhə­miy­yət­li stra­te­ji tə­rəf­da­şı­dır. Xə­zər də­ni­zi üz­rə qon­şu ola­raq, Xə­zər­dən bey­nəl­xalq əhə­miy­yət­li nəq­liy­yat ar­te­ri­ya­sı ki­mi is­ti­fa­də et­mək­lə ener­ge­ti­ka mə­sə­lə­lə­ri üz­rə əla­qə­lər, nef­tin nəq­le­dil­mə­si, kənd tə­sər­rü­fa­tı bi­zim öl­kə­lə­ri­miz ara­sın­da əmək­daş­lı­ğın ən əhə­miy­yət­li bənd­lə­ri he­sab edi­lir.


Eks­pert­lə­rin fik­rin­cə, müs­bət mə­na­da Qa­za­xıs­ta­nın və Azər­bay­ca­nın qar­şı­lıq­lı tə­si­ri həm iki­tə­rəf­li for­mat­da, həm də bey­nəl­xalq təş­ki­lat­lar və dia­loq çər­çi­və­sin­də in­ki­şaf edir. Öl­kə­lər müa­sir bey­nəl­xalq gün­də­min əsas mə­sə­lə­lə­ri üz­rə ox­şar möv­qe­lər nü­ma­yiş et­di­rir­lər. Tə­rəf­lə­rin bey­nəl­xalq tə­şəb­büs­lə­ri qar­şı­lıq­lı ola­raq dəs­tək­lə­nir. Ey­ni za­man­da Qa­za­xıs­tan və Azər­bay­can bey­nəl­xalq hü­qu­qun və qa­nun­ve­ri­ci­li­yin möh­kəm­lən­di­ril­mə­si və ona ria­yət olun­ma­sı­nın tə­rəf­da­rı­dır­lar.

Qa­za­xıs­tan Res­pub­li­ka­sı­nın Azər­bay­can Res­pub­li­ka­sın­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Bey­bit İsa­ba­yev bil­di­rir ki, hər iki öl­kə ter­ro­riz­min və eks­tre­miz­min is­tə­ni­lən tə­za­hür­lə­ri­ni qə­tiy­yət­lə pis­lə­yir və bey­nəl­xalq müs­tə­vi­də bü­tün döv­lət­lə­rin su­ve­ren bə­ra­bər­li­yi­nə əsas­la­nan bey­nəl­xalq, si­ya­si və hü­qu­qi ni­za­mın möh­kəm­lən­di­ril­mə­si­nin xey­ri­nə əmək­daş­lıq edir: "Bir­lik­də fə­al şə­kil­də ça­lı­şı­rıq ki, Xə­zər re­gio­nu sülh, meh­ri­ban­lıq və əmək­daş­lıq zo­na­sı ol­sun. Dil­də, mə­də­niy­yət­də, ənə­nə­lər­də va­hid türk kök­lə­ri­nə ma­lik olan öl­kə­lə­ri­miz İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı, Türk­dil­li Öl­kə­lə­rin Par­la­ment As­samb­le­ya­sı (Türk­PA), Bey­nəl­xalq Türk Mə­də­niy­yə­ti Təş­ki­la­tı (TÜRK­SOY), Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı (TDƏŞ) və Türk Aka­de­mi­ya­sı çər­çi­və­sin­də uğur­la və fə­al şə­kil­də əmək­daş­lıq edir­lər. Ta­ri­xi kök­lə­ri­miz və mə­də­niy­yə­ti­miz­dən baş­qa, bi­zi meh­ri­ban qon­şu­luq mü­na­si­bət­lə­ri­nin son­ra­kı in­ki­şa­fı­na olan inam və cəhd bir­ləş­di­rir. Bu da Qa­za­xıs­ta­nın xa­ri­ci si­ya­sə­tin­də Azər­bay­ca­nın prio­ri­tet yer­lər­dən bi­ri­ni tut­ma­sı­nın əsas sə­bəb­lə­rin­dən­dir. Qa­za­xıs­ta­nın və Azər­bay­ca­nın döv­lət baş­çı­la­rı dai­ma iki­tə­rəf­li gö­rüş­lər ke­çi­rir­lər. On­lar həm­çi­nin bir sı­ra in­teq­ra­si­ya struk­tur­la­rı və bey­nəl­xalq təş­ki­lat­lar çər­çi­və­sin­də təş­kil edi­lən təd­bir­lər­də də gö­rü­şür­lər. Son əhə­miy­yət­li gö­rüş­lər ara­sın­da 2009-cu il­də­ki gö­rü­şü xü­su­si qeyd et­mə­yə də­yər. Hə­min ta­rix­də Qa­za­xıs­tan Pre­zi­den­ti Nur­sul­tan Na­zar­ba­yev Azər­bay­ca­na rəs­mi sə­fər et­miş və Türk­dil­li Döv­lət Baş­çı­la­rı­nın Na­xı­çı­van­da ke­çi­ri­lən IX Sam­mi­tin­də iş­ti­rak et­miş­di. Bu sə­fə­rin əhə­miy­yə­ti həm də ta­ri­xi Nax­çı­van Bə­yan­na­mə­si­nin və Pre­zi­dent Nur­sul­tan Na­zar­ba­ye­vin tə­şəb­bü­sü ilə Türk­dil­li Döv­lət­lə­rin Əmək­daş­lıq Şu­ra­sı­nın (TDƏŞ) ya­ra­dıl­ma­sı haq­qın­da Nax­çı­van Ra­zı­laş­ma­sı­nın im­za­lan­ma­sı ilə sə­ciy­yə­vi idi. Bu gün TDƏŞ-in qa­nu­ni va­ri­si elm, mə­də­niy­yət, ta­rix, həm­çi­nin par­la­ment­lə­ra­ra­sı əla­qə­lər sa­hə­lə­rin­də bir sı­ra də­yər­li döv­lət­lə­ra­ra­sı ins­ti­tut­la­rın fəa­liy­yə­ti­ni ko­or­di­na­si­ya edən Türk Şu­ra­sı he­sab edi­lir"( new­ti­mes.az).


İsa­ba­yev onu da qeyd edib ki, xalq­la­rı­mız ara­sın­da­kı möv­cud dost­luq əla­qə­lə­ri və qar­şı­lıq­lı hör­mət il­dən-ilə də­yiş­məz ola­raq qa­lır: "Azər­bay­ca­na gə­lən qa­zax­la­rı hə­mi­şə yer­li qar­daş xal­qın sə­mi­mi qo­naq­pər­vər­li­yi se­vin­di­rir. Biz özü­müz də Qa­za­xıs­tan­da qo­naq­la­rı elə qar­şı­la­ma­ğa öy­rəş­mi­şik. Hər iki öl­kə­nin açıq və meh­ri­ban əha­li­si tu­rist­lər və xa­ri­ci qo­naq­lar­da xoş tə­əs­sü­rat­lar ya­ra­dır. Qa­zax tor­paq­la­rın­da bu gün xey­li say­da et­nik azər­bay­can­lı ya­şa­yır. Qa­za­xıs­tan­da 130 min­dən çox in­sa­nı əha­tə edən Azər­bay­can di­as­po­ru öl­kə­nin si­ya­si və iq­ti­sa­di hə­ya­tın­da fə­al iş­ti­rak edir, xalq­la­rı­mı­zın ara­sın­da meh­ri­ban qon­şu­luq və dost­luq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si­nə öz əhə­miy­yət­li töh­fə­si­ni ve­rir".

 

Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND