• 14 °C Bakı
  • 12 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 11 °C Naxçıvan

Şikayət: Marneuli məlumatların Azərbaycan dilinə tərcüməsini təmin etmir

20.03.2019 17:20
62
Şikayət: Marneuli məlumatların Azərbaycan dilinə tərcüməsini təmin etmir

Gürcüstanda fəaliyyət göstərən İnsan Hüquqlarının Tədris və Monitorinq Mərkəzi (EMC) azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun icra hakimiyyətini və bələdiyyəsini məhkəməyə verib.


Ekspress.az xəbər verir ki, məhkəmə şikayətində bildirilib ki, Marneuli rayon rəhbərliyi yerli ictimaiyyət üçün nəzərdə tutulmuş məlumatların Azərbaycan dilinə tərcüməsini təmin etmir.


Mərkəzdən qeyd olunub ki, Marneuli rayonunun rəhbər qurumları yerli sakinlərin onlara ünvanladıqları məktub, ərizə və şikayətləri gürcü dilində qəbul edir, həmçinin cavab məktublarının Azərbaycan dilinə tərcüməsini həyata keçirmir.


EMC Marneuli rayon rəhbərliyini Gürcüstan qanunvericiliyini və ölkənin milli azlıqlarının hüquqlarının təmin olunması ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri pozmaqda ittiham edib.


Məhkəməyə ünvanlanmış şikayətdə bildirilib ki, Marneuli rayonunun rəhbər qurumları azərbaycanlıların hüquqlarını pozaraq onların ölkənin sosial, siyasi və mədəni həyatından təcrid olunmasına şərait yaradır (report).


EMC Marneuli rayon rəhbərliyini azərbaycanlıların öz ana dillərində təqdim etdikləri müraciətlərin gürcü, onlara cavab məktublarının isə Azərbaycan dilinə tərcüməsini təmin etməyə çağırıb. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND