Rusiya 6 milyard dollarlıq hərbi təyyarə və helikopter satıb

17.06.2019 14:25
57
Rusiya 6 milyard dollarlıq hərbi təyyarə və helikopter satıb

2018-ci ildə Rusiya 6 milyard dollar məbləğində hərbi təyyarə və helikopter satıb.


"RİA Novosti” xəbər verir ki, bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib. 


Onun sözlərinə görə, son bir neçə il ərzində Rusiya silah-sursatının ixrac həcmi illik 15 milyard dollar həddində qalır. 


A.Mixeyev vurğulayıb ki, aviasiya texnikası “Rosoboroneksport” tərəfindən dünya bazarlarına çıxarılan mallar arasında liderliyini qoruyub saxlayır:


“2018-ci ildə biz 6 milyard dollardan çox hərbi təyyarə, helikopter, pilotsuz uçuş aparatı ixrac etmişik”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND