• 18 °C Bakı
  • 15 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 14 °C Naxçıvan

Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evi və Uşaq Xəstəxanası əsaslı təmir olunacaq - SƏRƏNCAM

18.03.2019 19:39
98
Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evi və Uşaq Xəstəxanası əsaslı təmir olunacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 


Ekspress.az -ın məlumatına görə, sərəncamla Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə, ilkin olaraq, 2 milyon manat ayrılıb (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND