Suares "Barselona"nı "Arsenal"a dəyişir

05.01.2019 15:05
66
Suares "Barselona"nı "Arsenal"a dəyişir

"Barselona"nın yarımmüdafiəçisi Denis Suares İngiltərə Premyer Liqasında çıxış edə bilər.


Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan futbolçu "Arsenal"a keçməyə yaxındır. Kataloniya klubunda nadir hallarda meydana çıxan 24 yaşlı oyunçu özü də hələ "Sevilya"dan yaxşı tanıdığı Unai Emerinin komandasında oynamaqda maraqlıdır. Onun "topçular"a keçidinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.


Qeyd edək ki, Suareslə "Çelsi"nin də yaxından maraqlandığı iddia olunur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND