Azərbaycanda yeni fəaliyyətə başlayan kanal hansı işləri görür?


26.08.2019 16:29
42
Azərbaycanda yeni fəaliyyətə başlayan kanal hansı işləri görür?

Güney azərbaycanlıların AN.T (Aznyus Televiziyası) özəl media qurumu iyunun 1-dən fəaliyyətə başlayıb.


Ekspress.az xəbər verir ki, əsasən, İrandakı gündəm hadisələri yaymağı hədəfləyən televiziya peyk, veb-sayt, sosial şəbəkələr vasitəsilə izləyicilərə dünyada baş verən ən son xəbərləri və məlumatları da təqdim edir.


Verilişlər İsveçin Stokholm şəhərindən yayımlansa da, kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər hazırlayır.


Televiziyada yayımlanması üçün 3 tip veriliş nəzərdə tutulub. Bunlara xəbərlər, mədəniyyət və əyləncə, siyasi debat verilişləri daxildir. Hazırda xəbərlər televiziyada yayımlanır.


Mədəniyyət və əyləncə üçün nəzərdə tutulmuş verilişlərin bəziləri artıq yayımlanır, qalan hissəsi isə yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq. Ən yaxın zamanda isə siyasi debat verilişləri də yayımlanmağa başlayacaq. Televiziya hazırda test yayımındadır.

AN.T-nin televiziya proqramları “Yahsat” peykindən 11900 üfüqlükdə və http://www.aznews.tv saytında yayımlanacaq.


Portal azərbaycanlı izləyici auditoriyasının müxtəlif qruplarının, xüsusilə də gənclərin informasiya ehtiyaclarını ödəmək üçün yaradılıb. Məqsəd ölkədə demokratik dəyərləri yaymaq, dəqiq və obyektiv məlumatları peşəkarcasına çatdırmaqdır.


AN.T-nin veb-saytı oxuculara siyasi, incəsənət, tarix, elm və texnologiya, idman, iqtisadiyyat, hüquq və ətraf mühit daxil olmaqla, ayrı-ayrı bölmələrdə ən son xəbərlər, hesabatlar və təhlillər təqdim edir. (kult)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND