2020-ci ildən bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq

05.11.2018 13:45
730
2020-ci ildən bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq

İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir.

“2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”, - deyə nazir diqqətə çatdırıb.


Ekspress.az

Açar sözlər: