• 6 °C Bakı
  • 2 °C Quba
  • 10 °C Gəncə
  • 8 °C Yevlax
  • 5 °C Naxçıvan

Azərbaycanda ÜDM istehsalı 1,4 % artıb

11.01.2019 15:04
83
Azərbaycanda ÜDM istehsalı 1,4 % artıb

2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb. Ekspress.az "İnterfaks-Azərbaycan"a istinadən xəbər verir ki, Bunu prezident İlham Əliyev deyib.


«2018-ci ildə Azərbaycanda ÜDM 1,4%, o cümlədən qeyri-neft sektoru 1,8% artıb», - deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.


İ.Əliyev qeyd edib ki, ötən il sənaye istehsalı 1,5%, kənd təsərrüfatı istehsalı 4,6% artıb, valyuta ehtiyatları 45 milyard təşkil edib.


Prezident əlavə edib ki, ötən il ölkədə 118 min daimi iş yeri yaradılıb.


O vurğulayıb ki, 2018-ci il Azərbaycanda “dərin islahatlar ili” olub, respublika dinamik inkişaf edib.


Xatırladaq ki, 2017-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND