“Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib-FOTOLAR

14.02.2019 11:21
321
“Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib-FOTOLAR

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet Provayderi "Bakcell" Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə məktəblilər üçün Beynəlxalq "Təhlükəsiz İnternet günü" və "Fərdi məlumatların mühafizəsi günü" ilə bağlı təlimlər keçirib.


Ekspress.az xəbər verir ki, “İnternetdən təhlükəsiz istifadə” metodlarına dair növbəti maarifləndirici təlimlər Xəzər Universiteti, Dünya Məktəbi və Hədəf Liseyində təşkil edilib. Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində təşkil olunan təlimlər zamanı şagirdlərə və pedaqoji heyətə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar izah olunub. Həmçinin şagirdlərə "Bakcell" və ENGİNET şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketləri” barədə geniş məlumat verilib.


Qeyd edək ki, "Bakcell" bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində "Bakcell" abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.


“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.


Ekspress.az

Açar sözlər: