• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 23 °C Yevlax
  • 22 °C Naxçıvan

İcma sədri: “Ermənilərlə birlikdə yaşamağa hazırıq"

24.04.2019 16:00
209
İcma sədri: “Ermənilərlə birlikdə yaşamağa hazırıq"

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətdə intensiv işimizi davam etdiririk".


Bunu İcma sədri Tural Gəncəliyev deyib.


Onun bildirib ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” fəaliyyətini iki əsas istiqamət üzrə qurub:


"Biz ilk növbədə beynəlxalq aləmdə, ikinci növbədə isə ölkə daxilində icmanın nüfuzunun artırılması istiqamətində iş aparırıq".


İcma sədri deyib ki, erməni təbliğat maşını daim erməni icmasının mövcudluğdan danışaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.


Beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə müxtəlif görüşlərin keçirildiyini xatırladan T. Gəncəliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra erməni icması ilə birgə yaşayış bərpa edilə bilər:


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən sonra öz doğma torpaqlarımıza geri qayıtmaq istəyirik. Biz bu münaqişədə zərərçəkən olmağımıza baxmayaraq, beynəlxalq təşkilatlara ermənilərə nifrət etmədiyimizi bildirir, ermənilərlə birlikdə yaşamağa hazır olduğumuzu söyləyirik".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND