Pəhləvanların ölkə çempionatı keçiriləcək

06.12.2018 09:09
28
Pəhləvanların ölkə çempionatı keçiriləcək


18-20 dekabr günlərində Bakıdakı İdman Sarayında böyüklər arasında yunan-Roma və sərbəst güləş üzrə seçmə xarakterli ölkə çempionatı keçiriləcək. Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq bu yarışda həm yunan-Romaçılar («klassiklər»), həm də sərbəst güləşçilər mükafaftlar uğrunda 10 çəki dərəcəsində (sərbəst - 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq, 125 kq, yunan-Roma - 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) mübarizə aparacaqlar. Azərbaycan Güləş Federasiyasından (AGF) aldığımız məlumata görə, görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və final qarşılaşmalara isə saat 17:00-da start veriləcək. Turnirin açılış mərasimi dekabrın 19-da saat 16:30 başlayacaq.


Reqlamentə əsasən, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilər mübarizəyə qatılacaqlar. Sərbəst güləşçilərin final və üçüncülük uğrunda olan qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq. Çempionat "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq. Bakı İdman Sarayına giriş pulsuz olacaq.

 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND