Ərdoğan: "Türkiyə Prezidenti seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb"

19.04.2019 13:53
168
Ərdoğan: "Türkiyə Prezidenti seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb"


“Seçki ilə bağlı mübahisələri kənara qoyaraq iqtisadi və təhlükəsizlik məsələləri başda olmaqla əsas gündəlik məsələlərə diqqətimizi yönəltməliyik”.


“Sabah” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində yazıb.


O, Türkiyədəki sabitlikdən danışaraq keçiriləcək islahatlarla bağlı ismarıc verib:


“Terrora qarşı mübarizəni qəti şəkildə sürdürməklə yanaşı, inşallah, ölkəmizin ehtiyacı olan infrastruktur islahatlarını həyata keçirməyə davam edəcəyik” (report).


Xatırladaq ki, müxtəlif bölgələrdə keçirilən seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olmuşdu.


Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND