Ukraynalı şahmatçı məğlubiyyətdən qəzəblənib rəqibini öldürdü

03.10.2019 11:35
121
Ukraynalı şahmatçı məğlubiyyətdən qəzəblənib rəqibini öldürdü

Lvovda (Ukrayna) 33 yaşlı kişi dəfələrlə şahmat oynadığı təqaüdçünü öldürüb.


Polisin məlumatına görə, kişi 82 yaşlı qonşusu ilə şahmat oynadığı zaman mübahisə edib.

Uduzduğundan qəzəblənərək o çəkicə əl atıb və təqaüdçünün başına bir neçə zərbə endirib. Qoca yerindəcə keçinib.


Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. (oxu)


Ekspress.az

Açar sözlər: