Səbinə Əzimova Azərbaycan çempionudur

29.11.2018 16:47
41
Səbinə Əzimova Azərbaycan çempionudur

Ağır Atletika Akademiyasının Şüvəlan qəsəbəsindəki zalında ağırlıqqaldırma üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına start verilib. Yarışın ilk günü zərif cinsdən olan atletlər körpücük üzərinə çıxıblar.


İştirakçıların sayı az olduğundan (cəmi 12 nəfər) qaliblər hər çəki dərəcəsində deyil, Sinkler şkalası üzrə məyyənləşib. Belədə isə qalib adını iki hərəkətin cəmində 172 (253,22) kq nəticəylə Səbinə Ğzimova birinci yeri tutub.


Dopinq qəbuluna görə, ikillik cəzadan sonra yenidən körpücük üzərinə çıxan Boyanka Kostova (59 kq) iki hərəkətin cəmində 171 kq (233,29 xal) yükü ram etməklə ikinci olub. Yeri gəlmişkən, sabiq dünya və Avropa çempionu dopinqdə ilişdiyi üçün onun Olimpiada-2012-də əldə etdiyi nəticə ləğv edilmiş və özü Olimpiada-2016-ya buraxmamışdılar.

  • SON XƏBƏR
  • TREND