Sərdar Ortaç rəsmi şəkildə boşandı: "Sevərək ayrıldıq" - Video

08.08.2019 17:50
336
Sərdar Ortaç rəsmi şəkildə boşandı: "Sevərək ayrıldıq" - Video

5 il əvvəl ailə quran müğənni Sərdar Ortaç bu gün həyat yoldaşı Xloe Lounqhandan rəsmi şəkildə boşanıb. 


Ekspress.az xəbər verir ki, cütlük məhkəmədən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. S.Ortaç "evliliyimizi davam etdirə bilmədik", - deyib. X.Lounqhan isə "Sevərək evləndik, sevərək boşandıq", - deyə açıqlama verib.


Cütlüyün məhkəməyə birlikdə gəlmələri də diqqətdən yayınmayıb. 


Qeyd edək ki, evləndikləri gündən bəri bir-birlərinə yaraşdırılmayan S.Ortaçla X.Lounqhanın boşanacaqları ilə bağlı iddialar maqazin gündəmini tez-tez məşğul edirdi. 


(Yenisabah)


Ekspress.az

 

Açar sözlər: