• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

İstanbulda məktəbərdən birinin divarına Mübariz İbrahimovun şəkli çəkilib - FOTO

20.04.2019 16:36
300
İstanbulda məktəbərdən birinin divarına Mübariz İbrahimovun şəkli çəkilib - FOTO

İstanbulun Mehmet Akif Ersoy adına orta məktəbinin şagirdləri bu təhsil ocağının divarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklini çəkiblər.


Bir müddət əvvəl şagirdlər arasında təhsil ocağının divarlarına tanıdıqları şəhidlərin şəkillərini həkk etməklə bağlı müsabiqə elan olunub (Azərtac). Şagirdlər tərəfindən seçilmiş qəhrəmanlar arasında Mübariz İbrahimov da olub.


Mübarizi özlərinə nümunə sayan məktəblilər onun təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının qəhrəmanı olduğunu deyirlər. Şagirdlər Milli Qəhrəmanımızın həyatını öyrənməyi özlərinə borc bilirlər.


Qeyd edək ki, İstanbulun bu təhsil müəssisəsində qədim türk dövlətlərinin bayraqları və tarixi şəxsiyyətlərini əks etdirən guşə yaradılıb.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND