“Müsavat”da saxta sənəd qalmaqalı

12.02.2019 14:56
35
“Müsavat”da saxta sənəd qalmaqalı

Müsavat Partiyasında saxta sənəd qalmaqalı yaşanıb.


Bu barədə partiyanın Divan üzvü Yadigar Sadıqlı məlumat verib. Bildirib ki, saxta sənəd onun adından imzalanıb. Sözüdən sənəd isə Y.Sadıqlı partiya başqanlığına namizəd olduğunu açıqlayandan sonra ortaya çıxarılıb.


Dediyinə görə, dünən onun iştirak etmədiyi Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var (yenisabah.az): "Mənim Salyan təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi mənimlə məsləhətləşmədən paylaşıb. Onsuz da məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Cəmiyyətdə qazandığımız imic var, belə şeylər bizə yapışmaz. Amma yenə də etika, yoldaşlıq xəbər verməyi tələb edirdi.


Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyiəm.Kim göndərib və nə vaxt göndərib. Cavabın şifahi deyil, ekran çəkimi ilə(screenshoot) verilməsini tələb edirəm”.

“Müsavat”da saxta sənəd qalmaqalı


Ekspress.az

  • SON XƏBƏR
  • TREND