Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, 4 nəfər yaralandı

04.06.2019 12:09
493
Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, 4 nəfər yaralandı

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus"KaMAZ" markalı yük maşınına dəyərək aşıb.


Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır (unikal.org).


Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.


Ekspress.az

Açar sözlər: