Ölkədə ilkə imza atan məmur Vüsal Hüseynovdan AÇIQLAMA


09.02.2019 14:46
390
Ölkədə ilkə imza atan məmur Vüsal Hüseynovdan AÇIQLAMA

Azərbaycanda məmurlar arasında ilk dəfə "Facebook" sosial şəbəkəsində canlı yayım edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bunu davamlı edəcəyini bildirib.


Ekspress.az -ın məlumatına görə, V.Hüseynov canlı yayımı izləyən, sual verən, bunu paylaşanlara, yayıma maraq göstərənlərə təşəkkür edib:

"Canlı yayım zamanı texniki və digər səbəblərdən cavablandıra bilmədiyimiz suallara əməkdaşlarımız tərəfindən baxılacaq və həmin sualları verən şəxslərə cavablar təqdim ediləcək, ümumi xarakterli cavabları səhifədə paylaşacağam”.

O, əlavə edib ki, ona yazılan bütün xoş və tənqidi sözlər çox dəyərlidir:

“Toxunduqları məsələ ilə bağlı rəsmi müraciət etmələrini xahiş etdiyim şəxslərin müraciətlərini gözləyəcəyik”.


Ekspress.az