ADU-nun bu fakültəsinə qəbulun vaxtı uzadıldı

21.08.2019 17:18
85
ADU-nun bu fakültəsinə qəbulun vaxtı uzadıldı

Azərbaycan Dillər Universitetinin (ADU) Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb.


ADU-dan verilən məlumata görə, Azərbaycan Dillər fakültə 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir.


Abituriyentlər aşağıda tələb olunan sənədləri təqdim etməlidir:


rektorun adına ərizə;

diplom və əlavəsinin surəti;

şəxsiyyət vəsiqəsinin surəti;

3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;

sağlamlıq haqqında arayış;

Sənədlər 2019-cu il iyun ayının 1-dən avqust ayının 27-dək (istirahət günlərindən başqa) saat 10:00-16:00-dək qəbul edilir.


Ünvan: ADU-nun 3 saylı tədris binası. Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308

Tel: (012) 564 22 48; (055) 302 88 57

E-mail: [email protected]

Sayt: www.adu.edu.az

Əlaqə:

012 440 29 31


Ekspress.az

  • SON XƏBƏR
  • TREND