• 25 °C Bakı
  • 22 °C Quba
  • 24 °C Gəncə
  • 23 °C Yevlax
  • 23 °C Naxçıvan

Ermənistan Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparır - Deputat

24.04.2019 15:20
214
Ermənistan Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparır - Deputat

Xəbər verdiyimiz kimi, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağı gözlənilir. Bu sazişin imzalanması ərəfəsində Azərbaycana qarşı bir sıra təxribatların törədilməsi ehtimalı ortaya çıxır.


Ekspress.az xəbər verir ki, məsələ ilə bağlı deputat Tahir Rzayev bildirib ki, Azərbaycan inkişaf etdikcə, uğurlar qazandıqca buna mane olmağa çalışan qüvvələr də aktiv fəaliyyət göstərir.


“Demək olar ki, hər gün Ermənistan tərəfindən atəşkəs rejimi pozulur. Onlar atəşkəsə əməl etmir, gərginlik yaradırlar. İndi isə Azərbaycan Avropa İttifaqı ilə mühüm bir sazişə imza atmaq ərəfəsindədir. Saziş haqda məsələ ortaya çıxdıqdan sonra bu tip təxribatlar daha da çoxalıb. Artıq görürük ki, dünyada bir çox bizi istəməyən ölkələr Azərbaycanın əleyhinə qarayaxma kampaniyasına başlayıblar. Bu qarayaxmaların da başında sözsüz ki, erməni lobbisi, Ermənistan rəhbərliyi dayanır. Ona görə də biz hər an ayıq-sayıq olmalıyıq. Düşmənlərimiz, bizi istəməyən qüvvələr, həmçinin onları dəstəkləyən havadarları tərəfindən hər an hansısa bir təxribat törədilə bilər”.


Millət vəkili bildirib ki, Azərbaycan dünyanın ən sakit, təhlükəsiz ölkələrindən biridir:


“Ölkənin daxilində təhlükəsizlik məsələsinə gəldikdə isə demək istəyirəm ki, ictimai-siyasi sabitlikdir. Dünyanın ən sakit,təhlükəsiz ölkələrindən biri bizim ölkəmizdir. Hazırda təhlükəsizlik həmçinin hüquq mühafizə orqanları hər cür tədbirlər görür ki, ölkə vətəndaşları firavan və rahat yaşasınlar. Ona görə hesab edirəm ki, bizi ölkə daxilində ciddi bir təhlükə gözləmir”.


Deputat həmçinin, Formula 1 Gran Prix 2019 və digər mötəbər tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirləri məsələsinə fikir bildirib (big.az).


“Formula 1 və bu kimi beynəlxalq turnirlərin keçirilməsi Azərbaycan üçün irəli atılmış yeni bir addım, yeni bir uğurdur. Artıq bir neçə ildir ki, Azərbaycanda bu turnir yüksək səviyyədə keçirilir. Hazırlıqlardan da bəllidir ki, bu il də yarış eyni səviyyədə təşkil edilib. Bununla bağlı bütün təhlükəsizlik tədbirləri isə əvvəlcədən təşkil edilib. Güman edirəm ki, vətəndaşlarımız və ölkəyə gələn turistlər yarışlardan zövq alacaq, məmnun qalacaqlar.”


Ekspress.az

  • SON XƏBƏR
  • TREND