“FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi” - Ərdoğan

05.02.2019 00:45
145
“FETÖ-nün çox önəmli şəxsini qardaşım İlham Əliyev təslim etdi” - Ərdoğan


“FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik. Çünki bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb. FETÖ-nün ABŞ Konqresində də adamları var. Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm”.


Ekspress.az xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

 

R.T.Ərdoğan qeyd edib ki, Fətullah Gülənə inanan, arxasınca gedən şəxslər var: “Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Onlar həqiqəti öyrənməlidirlər".


Türkiyə prezidenti həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar.

"Ən son Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini sağ olsun qardaşım İlham Əliyev təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”, - deyə R.T.Ərdoğan bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND