Ana iki uşağını evdə qoyub qaçdı: "Biri əlinə siqaret basılan körpədir"

20.09.2019 13:09
121
Ana iki uşağını evdə qoyub qaçdı: "Biri əlinə siqaret basılan körpədir"

Azərbaycanda spirtli içki düşkünü olan ana 2 az yaşlı uşağını evdə bağlayıb qaçıb.


Ekspress.az xəbər verir ki, bu bardə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində məlumat verilib.


Verilişə müraciət edən kişi Gəncədə yaşayan qadının spirtli içki düşkünü olduğunu bildirib:"Ana iki uşağını da bağlı qapı arasında qoyub gedib. Anaları hər gün onları döyür, işgəncə verir. Onları elektrik cəryanı da vura bilər. Xahiş edirəm, o uşaqları xilas edin. Uşaqlardan biri yaş yarımlıqdır".


Aparıcı bildirib ki, o uşaqlardan biri anasından qaçan və əlində siqaret söndürülən körpədir. (big)


Ekspress.az

Açar sözlər: