Neftçalada dəhşətli qəzada ölənlərin adları bilindi

07.09.2019 17:22
394
Neftçalada dəhşətli qəzada ölənlərin adları bilindi

Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verən qəzada ölən və yaralıların adları bəlli olub. 


Ekspress.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Həşimov Habil Əbülfəz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Xankişiyev Xanlar Ayaz oğlunun idarə etdiyi "Lexsus" markalı avtomobil toqquşub.


Qəza nəticəsində "Lexsus"un sürücüsü, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədova Mərviyyə Qurban qızı, Neftçala sakini, 2017-ciil təvəllüdlü Ələkbərova Humay Elçin qızı ölüb.


Neftçala sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərova Günay Əbülfəz qızı, Ələkbərov Elçin və "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


***


Neftçalada iki avtomobil toqquşub. 


Hadisə yeni tikilən Neftçala-Xolqaraqaşlı avtomobil yolunda baş verib.


Bildirilir ki, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb. 


Faktla bağlı araşdırma aparılır.(oxu)

  • SON XƏBƏR
  • TREND