Gimnastlarımız evdə 4 medal qazanıblar

21.11.2018 10:20
220
Gimnastlarımız evdə 4 medal qazanıblar

Bakıdakı Milli Gimnastika Arenasında Dünya Kuboku uğrunda keçirilən turnir başa çatıb. Turnirə ev sahibliyi edən Azərbaycan gimnastikanın müxtəlif növləri üzrə yarışlarda 4 medal qazanıb.


Əvvəlcə akrobatlarımız Abdalla Əl-Meşaihi\Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümüz, ardından isə Seymur Cəfərov\Murad Əkbərov dueti gümüş medal qazanıblar.


Turnirin son gününd isə Marina Nekrasova dərindən tullanma yarışında ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. Heyəti Siyana Vasilyeva, Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətovadan ibarət olan qrup komandamız isə bədii gimnastika üzrə yarışlarda 3 top\2 gürzlə nümayiş etdirdiyi kompozisaya görə ikinci yeri tutmaqla medalların («gümüşlər») sayını 4-ə çatdırıb.