Seymur Həzi azadlığa buraxılıb

29.08.2019 09:00
175
Seymur Həzi azadlığa buraxılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.


Ekspress.az -ın xəbərinə görə, Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə NazirliyiPenitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.


AXCP Rəyasət Heyətinin üzvü olan Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. (report)


Ekspress.az

Açar sözlər: