Tramp bu şəxsin ABŞ-ın daxili işlər naziri təyin olunacağını açıqladı


05.02.2019 02:05
184
Tramp bu şəxsin ABŞ-ın daxili işlər naziri təyin olunacağını açıqladı

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb.


Ekspress.az xəbər verir ki, bu barədə Tramp özünün "Tvitter" səhifəsində yazıb.


Ağ Ev rəhbəri bu vəzifəyə ölkənin daxili işlər naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Devid Bernhardtın namizədliyini irəli sürüb.


"Daxili İşlər Nazirliyinin katibi (nazir - red.) vəzifəsini icra edən David Bernhardtın daxili işlər üzrə katib təyin olunacağını elan etməkdən məmnunam. David gəldiyi gündən fantastik bir iş gördü və biz onun namizədliyini rəsmən təsdiqlənməsini gözləyirik!", - deyə ABŞ prezidenti yazıb. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND