Çində süni dalğa 44 nəfərə xəsarət yetirdi - VİDEO

01.08.2019 19:46
160
Çində süni dalğa 44 nəfərə xəsarət yetirdi - VİDEO

Çinin Luntszin şəhərində yerləşən akvaparkdakı süni dalğalı hovuzda azı 44 nəfər xəsarət alıb.


Ekspress.az xəbər verir ki, insident belə yerlər üçün həddən artıq hündür olan süni dalğanın əmələ gəlməsi nəticəsində baş verib.



Suda istirahət edənlər müxtəlif bədən xəsarətləri alıblar, çünki onların əksəriyyəti xilasedici jiletlərdə, yaxud xilasedici halqalarda olub və qorunmaq üçün vaxtında hansısa addım atmağa macal tapmayıblar.


İnsanlar suyun təzyiqindən bir-birinə, eləcə də hovuzun divarlarına dəyiblər. İlkin məlumata görə, insidentə səbəb dalğanın generatoruna həddən artıq su təzyiqinin verilməsi olub. (oxu)


Ekspress.az