Merkel partiyası ilə vidalaşdı -FOTO

07.12.2018 17:29
202
Merkel partiyası ilə vidalaşdı -FOTO

Almaniya kansleri 18 illik vəzifəsinə son verdi. AzNews.az xəbər verir ki, Almaniyanın Baş naziri Angela Merkel Xristian Demokrat Birlik (XDB) Partiyasının sədri kimi son çıxışını bu gün Hamburqdakı partiya konqresində edib.


Merkel 31-ci partiya konqresini açmaq üçün kürsüyə yaxınlaşdıqda iştirakçılar tərəfindən uzun müddət ayaq üstə alqışlanıb. Bəzi şəxslər üzərində "Təşəkkürlər şef" yazılmış kardonlar qaldırıb.

18 ildir bu vəzifədə olan Merkel partiya üçün müzakirələr mövzusunda XDBP - nin yeni rəhbərlik və proqramla çətinliklərin öhdəsindən gəlməli olduğunu vurğulayıb.


O, açılış nitqində partiyanın kongresdən yaxşı təchizatla, motivasiya və bütünlük içərisində çıxmasını arzulayıb.


Merkel “Hamımız partiyamızın güclü, mərkəzi partiya öhdəliyinə layiq olmasını, inandırıcılıq gücü yaymasını və ölkəmizin gələcəyi üçün doğru təkliflər hazırlamasını istəyirik” ,- deyə əlavə edib.


Ekspress.az

Açar sözlər: