Boks millimizin baş məşqçisi getdi, yenisi ilə danışıqlar aparılır


06.08.2019 12:35
67
Boks millimizin baş məşqçisi getdi, yenisi ilə danışıqlar aparılır

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.


Ekspress.az xəbər verir ki, Boks Federasiyasının mətbuat xidmətinin məlumatına əsasən, rəhbərliyin iştirakı ilə keçirilən iclasda mütəxəssisin müraciəti müzakirə olunub.


Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. 


Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.


Qeyd edək ki, V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək iki il ərzində gənclərdən ibarət millimizi çalışdırıb. (oxu)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND