“İşsizin DOSTu” proqramı 25 min nəfərə iş tapıb

12.02.2019 11:57
382
“İşsizin DOSTu” proqramı 25 min nəfərə iş tapıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər.


Ekspress.az Nazirliyə istinadən xəbər verir ki, cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib. 


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND