• 6 °C Bakı
  • 2 °C Quba
  • 10 °C Gəncə
  • 8 °C Yevlax
  • 5 °C Naxçıvan

Neftçala avtomobil zavodunda ehtiyat hissələri istehsal olunacaq

15.03.2019 12:13
44
Neftçala avtomobil zavodunda ehtiyat hissələri istehsal olunacaq


Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda ehtiyat hissələrinin istehsalı ilə bağlı Azərbaycan və İran arasında razılıq əldə olunub.


Bunu Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 13-cü iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.


Nazirin sözlərinə görə, Azərbaycan və İran əlaqələri yüksək səviyyədədir. İki ölkə arasında ticarət dövriyyəsi keçən il əvvəlki illərlə müqayisədə 74% artıb (ONA). Bu, çox yüksək göstəricidir:


“Bu gün tərəflər arasında imzalanan sazişə əsasən, Neftçalada fəaliyyət göstərən avtomobil zavodunda yığılan avtomobillərin bəzi detalları istehsal olunacaq”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND