“Volvo” 200 mindən çox avtomobili geri çağırdı - SƏBƏB

23.01.2019 01:19
402
“Volvo” 200 mindən çox avtomobili geri çağırdı - SƏBƏB

İsveçin “Volvo” avtomobil konserni yanacaq sistemində problemlərin yaranması ilə əlaqədar dünyanın hər yerindən 200 mindən çox avtomobilinin geri çağırıldığını elan edib.


Ekspress.az xarici KİV-ə istinadla xəbər verir ki, çox güman, söhbət yanacaq şlanqındakı çatlardan gedir.

 

Hazırda konserndə zay sayılmış detallar ilə bağlı hər hansı şikayət qeydə alınmayıb. Lakin üzə çıxarılan qüsur onsuz da aradan qaldırılmalıdır. Bu, şirkət tərəfindən ehtiyat tədbiri kimi nəzərdən keçirilir.

 

Qeyd edək ki, zay detallar pulsuz əvəzlənəcək.


Açar sözlər: