Xəzərdə 3 otaqlı ev yandı

18.09.2019 11:45
71
Xəzərdə 3 otaqlı ev yandı

Xəzər rayonunda yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND